Ventura qovuldu

11:55 16 Noyabr 2017

Futbol üzrə İtaliya yığması baş məşqçisiz qalıb.

 

Sportarena.az xəbər verir ki, Campyero Ventura bu gündən etibarən artıq “skuadra adzurra”nın baş məşqçisi deyil. Bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı açıqlama yayıb.

 

Ventura İtaliya millisinə 2016-cı ilin iyun ayından rəhbərlik edirdi. İtaliya yığması onun rəhbərliyi altında 17 oyun keçirib, 10 qələbə qazanıb, 4 dəfə heç-heçəyə razılaşıb, 3 məğlubiyyətə üzülüb.

 

Onun istefasına İtaliya yığmasının 60 ildən sonra ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməməsi səbəb oldu. Belə ki, DÇ-2018-ə vəsiqə uğrunda İsveçlə pley-off oyunlarında məğlub olan (0:1, 0:0) italyanların Venturanı qovacağı elə həmin vaxtdan gündəmdə idi.


Xəbər xətti