U-21 millinin baş məşqçisi o olacaq

15:42 16 Noyabr 2017

AFFA-nın U-21 millisində boş qalan baş məşqçi postunu kimə həvalə ediləcəyi müəyyənləşib.

 

Sportarena.az Sportlife.az-a istinadən xəbər verir ki, bu posta Mahmud Qurbanov təyin olunacaq. Son olaraq Robert Prosineçkinin köməkçisi vəzifəsində çalışan Qurbanov aparılan müzakirələrdən sonra U-21 yığması üçün ən ideal namizəd hesab edilib.

 

Təyinatın yaxın zamanda açıqlanacağı gözlənilir.


Xəbər xətti