"Atletiko" Özilə nə qədər maaş təklif edir

18:26 16 Noyabr 2017

“Atletiko”nun mövsümün sonunda “Arsenal”la müqavilə müddəti başa çatacaq Məsut Özili transfer etmək istədiyi barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, Madrid klubu artıq futbolçu ilə danışıqlara başlayıb. Bu barədə məlumatı İspaniya mətbuatı yayıb. Xəbərdə “Atletiko”nun Almaniya millisinin də üzvü olan yarımmüdafiəçiyə illik 10 milyon avro əməkhaqqı təklif etdiyi qeyd edilib.

 

Xatırladaq ki, 29 yaşlı futbolçu daha öncə Madridin digər təmsilçisi “Real”da top qovub.

 

“Atletiko” Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindəndi.


Digər xəbərlər

Xəbər xətti