Konte: "Qarabağ"la matç mövsümün ən vacib oyunu olacaq"

Sportarena.az      19 Noyabr 2018, 12:17

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”ın qonağı olacaq “Çelsi”nin baş məşqçisi Antonio Konte açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis  təmsilçimizlə oyunu mövsümün ən vacib matçı adlandırıb:

 

“Qarabağ”la matç indiki mərhələ üçün mövsümün ən vacib oyunu olacaq. Qələbə qazanacağımız halda biz ÇL-də 1/8 finala çıxacağıq. İndi bizim başqa problemimiz var. “Qarabağ”la oyundan sonra 5-6 saat yol qət edəcəyik və üçüncü günü səhər Londonda olacağıq. Şənbə günü isə “Liverpul”la qarşılaşacağıq. Mən bunu normal hesab etmirəm”.

 

Qeyd edək ki, sözügedən oyun noyabrın 22-i saat 21:00-da Bakı Olimpiya Stadionunda start götürəcək. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin