Xuanfran: “Qarabağ”a qalib gəlsəydik, tənqid edilməcəyəkdi”

Sportarena.az      19 Noyabr 2018, 14:36

“Atletiko”nun müdafiəçisi Xuanfran komanda yoldaşı, son vaxtlar tez-tez tənqid edilən Antuan Qrizmanna dəstək olub.

 

Sportarena.az xəbər verir ki, dünən La Liqanın 12-ci turunda “Real”la matçdan (0:0) o, jurnalistlərə deyib ki, fransalı hücumçuya dəstək olmaz lazımdır:

 

“O, “Atletiko”ya çox kömək edib. Son vaxtlar qol vura bilmirsə, deməli, biz komanda yoldaşları ona kömək etməliyik. Əgər “Vilyarreal” və “Qarabağ”a qalib gəlsəydik, onun başının üzərində qara buludlar dolanmaz, tənqid edilməzdi”.

 

Xuanfran komandasının Çempionlar Liqasındakı qrupdan çıxmaq şanslarına da toxunub:

 

“Gələn həftə “Roma”ya qalib gəlsək, bizim şanslarımız hələ də qalacaq. Son turda isə səfərdə “Çelsi” ilə görüşəcəyik. Qalib gəlməkdən başqa çarəmiz yoxdur”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin