“Səbail” “Kəpəz”i darmadağın etdi

18:34 19 Noyabr 2017

AzərbaycanPremyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 12-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, bu gün daha iki görüş baş tutub. “Kəpəz” Yevlaxda “Səbail”i qəbul edib. Qarşılaşma qonaq komandanın böyük hesablı qələbəsi ilə başa çatıb. Günün digər oyunu “Keşlə” ilə “Zirə” arasında keçirilib. Bu oyunda isə qalib müəyyənləşməyib.

 

Xatırladaq ki, ilk oyun günündə “Qarabağ” “Sumqayıt”a 2:1 hesabıyla qalib gəlib.

 

Əvəzedicilərin çempionatı, 12-ci tur
18 noyabr

Kəpəz – Səbail 0:4
Qol: Pərviz Qaraxanov, 1. Raul Yaqubzadə, 23. Asif Mirili, 60. Emil Həsənzadə, 66-pen.

 

Keşlə – Zirə 1:1
Qol: Ürfan İsmayılov, 48 - Müşfiq İlyasov, 29.

Tura sabah keçiriləcək “Neftçi” – “Qəbələ” oyunu ilə yekun vurulacaq.

 


Digər xəbərlər

Xəbər xətti