"Keşlə" 17 il sonra antirekordu təkrarladı

Sportarena.az      20 Noyabr 2018, 14:30

“Keşlə” klubu antirekorda imza atıb.

 

Sportarena.az xəbər verir ki, əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında çıxış edən komanda tarixində ilk dəfə ardıcıl 6 çempionat matçında məğlubiyyət alıb. Bu yeni antirekord Topaz Premyer Liqasının 12-ci turunda rəsmiləşib. Öz meydanında “Zirə”yə 0:1 hesabı ilə uduzan paytaxt təmsilçisi 6-cı dəfə meydanı xalsız tərk edib.

 

Sonuncu xalını “İnter” adlandığı vaxt “Zirə” ilə səfər matçında qazanan komanda sentyabrın 23-dəki 1:1 hesablı bərabərlikdən sonra xal üzünə həsrətdir. Bu müddətdə “Neftçi” və “Qarabağ”a eyni - 0:2, “Səbail”ə 0:1, “Kəpəz”ə 0:2 və “Sumqayıt”a 1:3 hesabı ilə uduzan keşləlilər uğursuz seriyanı “Zirə” ilə matçda da davam etdirib.

 

Bunadək 20 yaşlı klubun Premyer Liqa tarixindəki ən uzun məğlubiyyət seriyası 5-ə bərabər idi. Bakılılar 1999/2000 mövsümündə “Xəzər Universiteti” adı ilə ardıcıl 5 dəfə yenilmişdi. 2000-ci ilə təsadüf edən seriya 17 ildən sonra yeni antirekorla geridə qaldı.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin