"Qarabağ" - "Çelsi" matçının hakimləri açıqlandı

15:07 20 Noyabr 2017

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Çelsi” oyununun hakimləri açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, UEFA qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadasına tapşırıb. Matçın baş hakimi Manuel De Souza olacaq. Ona Alvaro Meskquita və Rikardo Santos kömək edəcəklər. Nuno Pereyra isə ehtiyat hakim kimi iş başında olacaq. Əlavə hakim köməkçiləri kimi Fabio Verissimo və Luis Migel Branko Qodinyo təyinat alıb.


“Qarabağ” - “Çelsi” matçı noyabrın 22-də keçiriləcək və saat 21:00-da başlayacaq.


Xəbər xətti