İtaliya millisinin baş məşqçi postuna 5 namizəd - RƏSMİ

18:17 20 Noyabr 2017

Futbol üzrə İtaliya yığma komandasının baş məşqçi postuna namizədlərin adları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, adları İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio açıqlayıb. O, 5 namizədlə bağlı müzakirələr apardıqlarını bildirib:

 

“Hazırda demək olar ki, bütün namizədlərin ən azı iyuna qədər klubları ilə müqavilələri var. Bu da çoxmilyonlu kompensasiya deməkdi və biz bunu ödəyə bilmərik. Biz ən yaxşıların arasından seçim edəcəyik. Mən Karlo Ançelottini, Antonio Konteni, Massimilano Alleqrini, Klaudio Ranyerini və Roberto Mançinini nəzərdə tuturam”.

 

İtaliya yığması DÇ-2018-ə vəsiqə əldə edə bilməyəndən sonra baş məşqçi Campyero Ventura istefaya göndərilmişdi.


Digər xəbərlər

Xəbər xətti