“Neftçi”nin prezidentin ittihamlar - "Ədalətli hakimlik olsaydı…"

Sportarena.az      21 Noyabr 2018, 10:17

"Neftçi”nin prezidenti Orxan Hüseynzadə klubun rəsmi saytına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, klub prezidenti Topaz Premyer Liqasının noyabrın 19-da keçirilmiş "Neftçi” - "Qəbələ” matçında şübhəli hakim qərarlarına münasibət bildirib:

 

"Hakimlər briqadasının səhvləri dünənki oyunun nəticəsinə təsir etdi. Biz məğlubiyyətə layiq deyildik. Ədalətli hakimlik olsaydı, qələbə qazana bilərdik. Bəli, hamı səhv edə bilər. Amma ölkənin ən yaxşı referisinin başçılıq etdiyi hakimlər briqadası bütün oyun ərzində bir komandanı "öldürürsə”, bu, şübhələr yaradır. Əliyar Ağayev və köməkçiləri 2 metr məsafədən bütün stadionda olan adamların gördüyünü görmədilər? Hakimləri bilərəkdən komandamıza antipatiya bəsləməkdə ittiham etmək istəmirəm. Amma istənilən halda onların səhvləri nəticəyə təsir etdi. Yaranmış vəziyyətdən ən yaxşı çıxış yolu videotəkrarlardı. Burada söhbət bahalı avadanlıqdan getmir. Hər klub hakimlər briqadasını 4-cü hakimin mövqeyinin yaxınlığında sadə monitorla təmin edə bilər. Bu, hakim səhvi ehtimalını yox edəcək”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin