Rauf oynadı, komandası məğlub oldu

10:33 21 Noyabr 2017

Futbol üzrə Albaniya çempionatında 11-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Rauf Əliyevin formasını geyindiyi “Kukesi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Partizani” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2. Millimizin üzvü də bu görüşün iştirakçısı olub. Rauf meydana matçın 46-cı dəqiqəsində çıxıb.

 

“Kukesi” geridə qalan turlarda 19 xal toplayıb və 10 komanda arasında üçüncü pillədə qərarlaşıb.


Xəbər xətti