Sportarena.az
16 Dekabr 2017

Xaqani Məmmədovdan "Neftçi"nin prezidentinə - "Hər yerindən duran danışır"

12 Punto 14 Punto 16 Punto 18 Punto
"Oyunu "CBC Sport” telekanalı vasitəsilə izləmişəm. Canlı yayım zamanı yalnız "Neftçi”nin etiraz etdiyi künc zərbəsi epizodunun fərqli rakursdan təkrarı göstərildi. Orada topun "Qəbələ”nin futbolçusundan qapı xəttindən çıxdığı aşkar görünür”.
 
Sportarena.az xəbər verir ki, bunu "Report"a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Azərbaycan Premyer Liqasının XII turunda "Qəbələ”yə 2:3 hesabı ilə uduzan "Neftçi”nin hakim səhvlərindən narazı qalmasını şərh edərkən deyib.
 
Onun sözlərinə görə, Peşəkar Futbol Liqası tərəfindən çəkilən digər epizodların görüntülərinə baxmayıb: "Həmin kadrları izlədikldən sonra nəsə deyə bilərəm".
 
 
Komitə sədri matçın referisi Əliyar Ağayevin cəzalandırılacağını istisna etməyib. X.Məmmədov "Hakimlər qarşılaşmanın nəticəsinə təsir edən səhvə yol veriblərmi” sualına belə cavab verib:
 
"Baxdığımız görüntülərdən heç nə demək olmaz, amma ola bilsin ki, var”.
 
"Neftçi”nin prezidenti Orxan Hüseynzadə klubun rəsmi saytına açıqlamasında deyib ki, hakim səhvləri nəticəyə təsir edir. Onun fikrincə, yaranmış vəziyyətdən ən yaxşı çıxış yolu videotəkrarlardır. Paytaxt təmsilçisinin rəhbəri klubların matçlar zamanı 4-cü hakimin yaxınlığında monitorun qoyulmasını təklif edib. X.Məmmədov isə bildirib ki, videotəkrar sisteminin təşkili deyildiyi qədər asan məsələ deyil:
 
"Bunun üçün böyük vəsait tələb olunur. Vidotəkrar sistemi milyonlara başa gələn bir işdir. "Neftçi” bunu edə bilsə, onlara "əhsən” söyləyərik. Biz buna razıyıq, qoy olsun. Bu sistem hələ test edilir. Hələ İngiltərə kimi ölkə buna hazır deyil. Telekanalın göstərdiyi görüntülərə əsasən qərar vermək olmaz. Çünki canlı yayım vaxtı həmin anda epizodun təkrarı efirə verilmir. Bu iş başqa cür təşkil edilir. Bu, sadə məsələ deyil. Hər yerindən duran danışır. Bunlar vaxt, avadanlıq, əlavə mütəxəssislər tələb edir və böyük vəsait lazımdır”.
 
Qeyd edək ki, "Neftçi” "Qəbələ” ilə matçın mübahisəli epizodları ilə bağlı videoicmala bir sıra epizodları daxil edib. Paytaxt klubu görüşün 22-ci dəqiqəsində Baqali Dabonun qonaqların bərabərlik qolunu vurduğu epizodda künc zərbəsi qərarının yanlış olmasından, "Neftçi”nin qapısına təyin edilən penaltidən və "Qələlə”nin qapısına verilməyən 3 penalti epizodundan şikayətçidir.  
Tarix
21.11.17 [12:35]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

16 Dekabr
15 Dekabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio