Yunis Hüseynov “Kəpəz”in üzvlərinə təqdim olundu

Sportarena.az      21 Noyabr 2018, 15:27

Bu gün “Kəpəz”in yeni baş məşqçisi Yunis Hüseynov Bakıda komanda üzvlərinə təqdim olunub.

 

Sportarena.az kluba istinadən xəbər verir ki, məşq prosesindən öncə keçirilən iclasda klubun icraçı direktoru Elnur Camalxanov baş verən dəyişikliklərdən bəhs edib. Daha sonra Hüseynovu komanda üzvlərinə təqdim edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Klub rəsmisi təcrübəli məşqçiyə inandıqlarını və onun “Kəpəz”i düşdüyü çətin vəziyyətdən çıxaracağına ümid etdiklərini bildirib.

Baş məşqçi postuna təyinat alan Yunis Hüseynov isə çıxışında klub rəhbərliyinə etimada görə təşəkkürünü çatdırıb. O, komandanın hazırkı durumundan danışaraq səylə çalışmalı olduqlarını vurğulayıb. Hüseynov futbolçular, məşqçilər korpusu, texniki heyət, klub rəhbərliyi və azarkeşlərin birgə səyi nəticəsində bu vəziyyətdən çıxa biləcəklərinə inandığını deyib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin