Şehiç həmkarlarını qabaqladı, Almeyda isə...

17:11 23 Noyabr 2017

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, fərdi statistikada yüksək pillədə "Qarabağ"ın iki futbolçusu yer alıb.

 

Ağdam klubunun qapıçısı İbrahim Şehiç turnirin ən çox seyv edən qapıçıları sırasında ilk pillədə qərarlaşıb. Bosniya və herseqovinalı qolkiper 27 qurtarış edib.Bu siyahıda Yasmin Handanoviç ("Maribor, 25 seyv) ikinci, İqor Akinfeev (SSKA, 24) və Andrey Pyatov ("Şaxtyor", 24) üçüncü-dördüncü pillələrdə qərarlaşıb. Huqo Lloris ("Tottenhem) 22 seyvlə beşincidir.

 

Riçard Almeyda isə dəqiq ötürmələrin sayında ilk “onluq”da yer alıb. 373 ötürmədən 343-nü dəqiq verən braziliyalı oyunçu bu siyahıda doqquzuncudur.


Digər xəbərlər

Xəbər xətti