Argentina klubu Musleranı transfer edəcək?

12:20 25 Noyabr 2017

Türkiyə Super Liqasının “Başakşəhər”lə oyununda (1:5) qapısında 5 qol gördükdən sonra tənqidlərə məruz qalan “Qalatasaray”ın qapıçısı Fernando Muslera klubdan ayrıla bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İspaniya mətbuatı yayıb. Xəbərdə Argentinanın “River Pleyt” klubunun uruqvaylı qolkiperin xidmətində maraqlı olduğu qeyd eidlib. Belə ki, Buenos-Ayres təmsilçisinin baş məşqçisi Marselo Qalyardo transfer üçün rəhbərliyə 3 qapıçının adını təqdim edib ki, bu qolkiperlər arasında Musleranın da adı var.

 

31 yaşlı qapıçı 2011-ci ildən “Qalatasaray”ın şərəfini qoruyur. O, İstanbul təmsilçisinin heyətində 3 dəfə ölkə çempionu, 4 dəfə ölkə kubokunun, 2 dəfə isə ölkə superkubokunun qalibi olub.


Xəbər xətti