"Traktorsazi" qalib gəldi

11:57 26 Noyabr 2017

Futbol üzrə İran çempionatında 13-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən klublar da növbəti matçlarına çıxıblar. “Traktorsazi” doğma meydanda “Səfidrud Rəşt”lə qarşılaşıb. Təbrizlilər bu görüşdən qələbə ilə ayrılıblar – 2:1.

 

Təbrizin digər təmsilçisi “Göstəriş” isə səfərdə “İstiqlal”la üz-üzə gəlib və məğlubiyyətlə üzləşib – 0:2.

 

“Göstəriş” hazırda 14 xalla 16 klub arasında 12-ci, “Traktorsazi” isə 15 xalla 10-cu pillədə qərarlaşıb.


Xəbər xətti