Dadaşov xilaskar rolunda

16:53 26 Noyabr 2017

Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında 16-cı turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Babelsberq”lə qarşılaşıb.

 

Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1. Rüfət də bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan Dadaşov sonadək oynayıb. Komandasının yeganə qolunu da futbolçumuz vurub. Belə ki, 69-cu dəqiqədən etibarən azlıqda oynayan, 72-də qapısında qol görən “Dinamo”nu məğlubiyyətdən 89-da məhz Rüfət xilas edib. Bu, onun cari mövsümdə vurduğu 14-cü qoldu.

 

"Dinamo" hazırda 30 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti