Azarkeş oyun vaxtı Mariya Şarafoya evlilik təklif etdi - VİDEO

11:32 27 Noyabr 2017

“TEB BNP Paribas Tennisin Ulduzları” layihəsi çərçivəsində məşhur rus tennisçi Mariya Şarapova və türkiyəli tennisçi Çağla Büyükakçay İstanbulda qarşılaşıb.

 

Sportarena.az xəbər verir ki, matçın gedişində bir tamaşaçı 30 yaşlı rusiyalı Mariyaya evlənmə təklifi edib. Rus tennisçi isə gülümsəyərək “Bəlkə” cavabını verib.

 

Qeyd edək ki, görüş 7:6 və 6:0-lıq setlərlə 2-0 Şarapovanın xeyrinə başa çatıb.

 

 


Xəbər xətti