PSJ ilə "Real"ın gizli sövdələşməsi - "Neymarı götür, Ronaldonu ver"

12:17 27 Noyabr 2017

PSJ yayda 222 milyon avroya transfer etdiyi Neymarı komandadan fikrinə düşüb.

 

Sportarena.az xəbər verir ki, bu barədə İspaniya və Fransanın bir sıra mətbu orqanları məlumat verib. Həmkarlarımızın iddiasına görə, Paris təmsilçisinin rəhbərliyi bu transferdən sonra yaşanan qalmaqallardan bezib. Problemləri aradan qaldırmaq istəyən klub prezidenti Nasir Əl-Xelafi Neymarı komandadan göndərmək qərarına gəlib.

 

O, artıq braziliyalı ulduz futbolçuya yeni klub da tapıb. Belə ki, ərəb milyarder "Real"ın prezidenti ilə gizli şəkildə görüşərək bu məsələni həll edib. O, Neymarın qarşılığında Madrid klubunun ulduzu Ronaldonu istəyib. Peres bu keçidə razılıq verib. Məsələnin ən maraqlı tərəfi odu ki. bu dəyiş-düyüş yaxın vaxtlarda deyil, 2019-cu ilin yayında baş tutacaq.

 

Buna səbəb "Real"ın Ronaldonun xidmətindən hələ də yararlanmaq istəməsidi. PSJ-nin prezidenti də komandasının Çempionlar Liqasının qalibi kimi görmək istəyir. Əl-Xelafi bu uğura Neymarla nail olub, transfer siyasətinin uğursuz olmadığını sübut etməyə çalışır.


Digər xəbərlər

Xəbər xətti