Mahir Mədətov İradə İbrahimova ilə birlikdə - VİDEO

11:31 28 Noyabr 2017

Tanınmış azərbaycanlı müğənni İradə İbrahimova ilə “Qarabağ”ın futbolçusu Mahir Mədətovun birgə videosu yayılıb.

 

Sportarena.az xəbər verir ki, videoda İradə İbrahimova dostu - prodüser Anar Mədətovun oğlu Mahir üçün darıxdığını bildirib. Müğənni həm də futbolçunu uşaqlıq illərindən tanıdığını deyib.

 

Qeyd edək ki, müğənni İradə İbrahimova həmkarı Könül Kərimovanın qızının toyu üçün Bakıya gəlib. Mahir Mədətov da həmin toyda ailəsi ilə birlikdə iştirak edib.

 

 


Xəbər xətti