"Atletiko"nun futbolçusu "Qarabağ"la matçları xatırlayanda pis oluram"

12:13 28 Noyabr 2017

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Madrid “Atletiko”sunun futbolçusu Felipe Luis açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, İspaniya mətbuatına danışan braziliyalı sol cinah müdafiəçisi qitənin ən nüfuzlu klub turnirində keçirdikləri oyunlardan danışıb.Luis turnirə yaxşı başladıqların, lakinin davamının pis olduğunu sözlərinə əlavə edib:

 

“Biz ÇL-ə yaxşı başladıq. “Roma” ilə səfərdəki heç-heçə pis nəticə deyildi. Amma sonradan istədiyimiz kimi getmədi hər şey. Son iki matçda oyun olaraq yaxşı çıxış etmişik. Xüsusən, “Qarabağ”la matçları xatırlayanda pis oluram. İkinci oyun ümumiyyətlə dəhşətli idi. Həmin qarşılaşmadan sonra yata bilmədim. Təsəvvür edin ki, səhər 08:00-da yatıb, 08:30-da yenidən ayıldım. Vəziyyətimiz çox mütəkkəbdir. “Atletiko” “Top-16”da olmalıdır”.


Digər xəbərlər

Xəbər xətti