"Real"ın futbolçusu vergidən yayındığını etiraf etdi

15:38 29 Noyabr 2017

“Real”ın braziliyalı futbolçusu Marselo ona qarşı olan vergi ittihamlarını qəbul edib.

 

Sportarena.az xəbər verir ki, 2013-cü ildə 490917 avro məbləğində vergidən yayınmada günahlandırılan müdafiəçi məhkəmə önünə çıxıb. Yerli məhkəmədən İspaniya mətbuatına verilən məlumata görə, Marselo təxminən 10 dəqiqə davam edən məhkəmədə vergidən yayındığını etiraf edib və cəriməni ödəyəcəyini bildirib.

 

Xatırladaq ki, daha öncə Neymar, Xavyer Maskerano, Aleksis Sançes, Fabio Koentrao kimi futbolçular, həmçinin “Real”ın sabiq baş məşqçisi Joze Mourinyo da vergidən yayınmada ittiham olunmuş, lakin daha sonra borclarını ödyərək məhkəmə işinin açılmasının qarşısını almışdılar. Lionel Messi isə bu ittihamları rədd etmiş, məhkəmənin qərarı ilə 21 aylıq həbs cəzasına layiq görülmüşdü. Argentinalı futbolçunun cəzası sonradan pul cəriməsi ilə əvəzlənmişdi.

 

İspaniyada hazırda vergidən yayınmada ittiham olunan yeganə futbolçu Kriştiano Ronaldodu. Portuqaliyalı hücumçunun 14,7 milyon avro məbləğində vergidən yayındığı iddia olunsa da, o, bu ittihamı rədd edir.


Xəbər xətti