"Qarabağ" "Neftçi"yə qalib gəldi - YENİLƏNİB

20:23 1 Dekabr 2017

Bu gün Azərbaycan Premyer Liqasında 14-cü tura start veriləcək.

 

Sportarena.az xəbər verir ki, ilin son turunun ilk oyununda "Qarabağ" "Neftçi"ni qəbul edəcək. Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının "Roma" ilə səfər oyunundan öncə keçirəcəyi son matçdan qələbə ilə ayrılmaq istəyir. Tərlan Əhmədovun baş məşqçi təyin olunmasından sonra ilk üçlükdə qərarlaşmış komandaları çıxmaq şərtilə bütün oyunlada qalib gələn "Neftçi" isə zirvədəkilərlə matçlardakı uğursuz seriyaya son qoymağı planlaşdırır.

 

Tura sabah və bazar günü keçiriləcək oyunlarla yekun vurulacaq.     

 

Azərbaycan Premyer Liqası, 14-cü tur

1 dekabr

18:30 Qarabağ - Neftçi 1:0

Qol: Maksim Medvedev, 25
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Akif Əmirəli, Orxan Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. “Azersun Arena”.

 

Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Markos Madera, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 52. Yakub Jezniçak, 77. Donald Gerrye, 99. Dani Kintana

 

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 10. Pedro Enrike, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 66. Cavid Bayramov, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev

 

Baş məşqçi: Qurban Qurbanov

 

Neftçi: 94. Rəşad Əzizli, 5. Anton Krivotsyuk, 15. Ruslan Abışov (k), 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov, 10. Derlis Meza Kolli, 6. Rəşad Sadiqov, 8. Emin Mahmudov, 11. İqnasio Herrera, 17. Rəhman Hacıyev, 9. Uqo Barqas

 

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 23. Tərzin Cahangirov, 27. Məqsəd İsayev, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 7. Namiq Ələsgərov, 16. Pavel Dreksa, 3. Mateo Mujek, 20. Elnur Süleymanov, 19. Fəhmin Muradbəyli

 

Baş məşqçi: Tərlan Əhmədov

 

2 dekabr

14:00 Kəpəz - Sumqayıt

 

3 dekabr

16:00 Qəbələ - Keşlə

18:30 Səbail - Zirə 


Xəbər xətti