"Neftçi"nin legioneri ölkəsində titul qazandı

11:12 1 Dekabr 2017

“Neftçi”nin icarəyə verdiyi veneseualı legioneri Edson Kastilyo vətənində çempionluq sevinci yaşayıb.

 

Sportarena.az xəbər verir ki, yarımmüdafiəçi ölkə kubokunun qalibi olub. Belə ki, Kastilyonun şərəfini qoruduğu “Mineyro” finalda “Zamora”nı üstələyib. Səfərdəki ilk matçda 1:1 hesablı bərabərliyə imza atan mineyrolular evdəki cavab  oyununda4:3 hesabı ilə qalib gələrək qızıl medalları boynundan asıb. 

 

Qeyd edək ki, Kastilyonun “Neftçi” ilə müqaviləsi 2018-ci ilin yayında başa çatacaq. Yarımmüdafiçinin “Mineyro”da icarə müddəti də məhz həmin vaxt yekunlaşacaq.


Digər xəbərlər

Xəbər xətti