Ramos La Lqanın tarxinə düşdü

10:46 3 Dekabr 2017

“Real”ın müdafiəçisi Serxio Ramos “Atletik”lə keçirilən qarşılaşmada da (0:0) diqqət mərkəzində olub.

 

Sportarena.az xəbər verir ki, Ramos bu oyunun son dəqiqələrində qırmızı vərəqə alaraq, meydandan qovulub. Bu, Ramosun karyerası ərzində aldığı 19-cu qırmızı vərəqə olub.

 

O, bu göstəricidə İspaniya La Liqasının antirekordçusuna çevrilib. Ramos karyeralarını bitirmiş Pablo Alfaro ilə Xavi Aquadonu geridə qoyub.

 

Bu futbolçular karyeraları ərzində 18 dəfə meydandan qovulublar.


Digər xəbərlər

Xəbər xətti