Rauf Əliyevin komandası liderə uduzdu

16:15 3 Dekabr 2017

Albaniya çempionatında XIII turun oyunları davam edir. 

Sportarena.az xəbər verir ki, milli komandamızın sabiq üzvü Rauf Əliyevin çıxış etdiyi “Kukesi”  səfərdə lider “Skenderbeu” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1. Rauf Əliyev bu görüşün iştirakçısı olmayıb.

Qeyd edək ki, “Kukesi” 22 xalla 10 komanda arasında üçüncü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti