Qriqorçuk: "Komandamızda xeyli inkişaf var"

18:36 3 Dekabr 2017

“Qəbələ” Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində öz meydanında “Keşlə”ni məğlub edib (3:0).

 

Sportarena.az xəbər verir ki, oyundan sonra “Qəbələ”nun ukraynalı çalışdırıcısı Roman Qriqorçuk matçla bağlı bunları deyib:

 

“Yaxşı oyun göstərdik. Bu il çempionatın son oyununa çıxdıq, gözəl qələbə qazandıq. Amma hələ üzərində işləməli olduğumuz çox şey var. Başa düşürük ki, qol vurmaq nəticə qazanmaq baxımından ən vacib məqamdı. Bu baxımdan komandamızda xeyli inkişaf var. Ancaq hələ də epizodlardan yüz faiz istifadə edə bilmirik”.


Xəbər xətti