Araz Abdullayevin komandası zirvəni ələ keçirdi

10:13 4 Dekabr 2017

Kipr 1-ci divizionunda 14-cü turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” evdə “Nea Salamina” ilə qarşılaşıb. Araz oyuna ehtiyat oyunçular skamyasında başlsa da, matçın 14-cü dəqiqəsində meydana çıxıb.

 

Görüş millimizin üzvünün komandasının minimal hesablı (1:0) qələbəsi ilə nəticələnib.

 

Bu qələbəylə xallarının sayını 30-a çatdıran “Anortosis” turnir cədvəlində 1-ci pilləyə yüksəlib. Famaqusta təmsilçisini 29 xalla bir oyun az keçirmiş “AEK Larnaka” izləyir.


Xəbər xətti