Aparıcıdan iranlılara: "Seksi geyinmədim, xoşbəxtsiniz?"

18:17 4 Dekabr 2017

Dekabrın 1-də Moskvada DÇ-2018-in püşkatma mərasimi keçirildi. İranlı futbolsevərlər İRİB televiziyasının yayımı kəsməməsi üçün tədbirin xanım aparıcısı Mariya Komandnayadan açıq-saçıq geyinməməyi xahiş etmişdi.

 

Sportaren.az xəbər verir ki, istənilən şəkildə geyinən xanım aparıcı tədbirdən sonra iranlı azarkeşlərin istəklərinə qarşılıq olaraq "İran, xoşbəxtsiz?" yazısını paylaşıb. Bu paylaşım sonrası iranlılar xanım aparıcıya təşəkkür ediblər. Onların arasında iranlı futbolçu Serdar Azmun da yer alıb. Komandnaya tədbirdə yaxası qapalı, sinə dekoltesi olan qara don geyinib. 

 

Xatırladaq ki, İRİB televiziyası təbdirdən əvvəl Mariya Komandnaya açıq geyim geyinəcəyi halda püşkatmanın yayımlanmayacağını bildirmişdi. Yerli azarkeşlər də, kompaniya başladaraq rus xanımdan belə xahiş etmişdilər.


Digər xəbərlər

Xəbər xətti