Kintana: “Atletiko”ya kömək etməyi düşünmürəm"

10:33 5 Dekabr 2017

“Atletiko”ya kömək etmək barədə düşünmürəm. "Roma" ilə matçda qələbə qazanmaq istəyirəm".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Dani Kintana Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Roma" ilə oyun öncəsi "COPE"yə açıqlamasında deyib. İspan yarımmüdafiəçi bildirib ki, "Roma"nı məğlub etmək  asan olmayacaq:

 

"Amma məncə, bu, utopiya deyil. Biz Romada uğurlu nəticə əldə edəcəyimizə inanırıq”.

 
Qeyd edək ki,  “Roma” - “Qarabağ” matçı bu gün  Bakı vaxtı ilə 23:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti