Azərbaycan 2017-ci ili 23-cü sırada bitirdi

12:37 8 Dekabr 2017

Çempionlar Liqasından sonra Avropa Liqasında da qrup mərhələsinə yekun vuruldu. UEFA dünən keçirilən qitənin ikinci dərəcəli klub turnirinin qrup mərhələsinin son oyunlarından sonra ölkə reytinqini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, dünən baş tutan 24 Avroliqa oyunu Azərbaycanın mövqeyinə təsir etməyib. Ölkəmiz əvvəl olduğu kimi 23-cü pillədə qərarlaşıb (19,125 xal). Lakin tezliklə bu mövqeni itirə bilərik. Belə ki, ölkəmizlə eyni reytinqə malik Bolqarıstanın Avropa Liqasında bir təmsilçisi mübarizəni davam etdirir.

 

Cari avrokubok mövsümündə təmsilçilərimiz ölkənin aktivinə 4,375 reytin xalı yazdırdılar. Bu xallardan 2,625-ni “Qarabağ” qazandırıb. Ölkənin reytinqinə “İnter” 0,750, “Zirə” 0,625, “Qəbələ” 0,375 xalla töhfə verib.

 

Siyahıya İspaniya (100,426) başçılıq edir. Pireney ölkəsini İngiltərə (75,319) və İtaliya (71,416) təqib edir.


Xəbər xətti