Nazarovdan məhsuldar ötürmə

10:23 9 Dekabr 2017

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 17-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda “Darmştadt”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

 

Nazarov da bu qarşılaşmanın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb. Komandasının yeganə qolunun ötürməsini də məhz Dmitri verib.

 

“Ersgebirge” geridə qalan turlarda topladığı 22 xalla 18 klub arasında 10-cu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti