UEFA "Bavariya"nı cərimələdi

17:44 9 Dekabr 2017

UEFA İntizam Komitəsi "Bavariya"nı cərimələyib.

 

Sportarena.az xəbər verir ki, buna komandanın azarkeşlərinin Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Anderlext"ə qarşı matçda meydana yad əşyaları atması və qadağan edilmiş bannerdən istifadə etməsi səbəb olub. Klub 20 min avro məbləğində cərimə ödəyəcək.

 

Qeyd edək ki, "Anderlext" - "Bavariya" görüşü qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Xəbər xətti