Beyl "Tottenhem"ə qayıdır?

18:59 9 Dekabr 2017

Zədə səbəbindən "Real"da istənilən performansı sərgiləyə bilməyən Qaret Beyl Madrid klubundan ayrılır.

 

Sportarena.az xəbər verir ki, uelsli ulduzun İngiltərəyə dönməyə hazırlaşdığı iddia olunur. Bildirilir ki, Beyl sabiq klubu "Tottenhem"ə keçəcək. London klubunun baş məşqçisi Maurisio Poçettino da bir neçə gün əvvəl açıqlamasında onun dönə biləcəyinə işarə vurmuşdu.

Beyl 2013-cü ildə rekord məbləğə - 101 milyon avroya "Tottenhem"dən "Real"a transfer olunmuşdu.


Xəbər xətti