Rauf oynadı, “Kukesi” uduzdu

23:51 9 Dekabr 2017

Futbol üzrə Albaniya çempionatında 14-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Rauf Əliyevin formasını geyindiyi “Kukesi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Luşnya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

 

Millimizin üzvü də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Rauf sonadək meydanda olub.

 

“Kukesi” geridə qalan turlarda 22 xal toplayıb və 10 komanda arasında dördüncü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti