Ronaldo bu dəfə futbol tarixinə düşdü - Bunu ilk dəfə o bacardı

12:33 10 Dekabr 2017

“Real” İspaniya La Liqasının 15-ci turunda “Sevilya”ya 5:0 hesabı ilə qalib gəlib.

 

Sportarena.az xəbər verir ki, start heyətində meydana çıxan Kriştiano Ronaldo dubl edib. Bununla da o, il ərzində vurduğu qolların sayını 51-ə çatdırıb.

 

Portuqaliyalı 51 qolu 57 oyunda vurub. Ronaldo tarixi nəticəyə də nail olub. O, dünya futbol tarixində 7 il dalbadal bütün turnirlərdə 50-dən çox qol vuran ilk futbolçu olub.

 

Qeyd edək ki, Kriştiano şəxsi rekordunu 2013-cü ildə müəyyənləşdirib - 59 oyun, 69 qol.


Digər xəbərlər

Xəbər xətti