"Qəbələ"nin mövsümün ilk yarısındakı statistikası

14:52 11 Dekabr 2017

Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünün ilk yarısına yekun vurulub.

Sportarena.az xəbər verir ki, ilk iki dövrənin yekununa əsasən, “Qəbələ” qış fasiləsinə ötən mövsümdə olduğu kimi 2-ci pillədə yollanıb. Keçirdiyi 14 qarşılaşmada 10 qələbə qazanıb, 1 heç-heçə edən “qırmızı-qaralar” 3 dəfə məğlub olub. İlk oyununu avqustun 12-də keçirib, 114 günlük mübarizədən sonra hesabında 1 il əvvəlki qədər 31 xal olan komandanın 14 turdakı çıxışının statistik məqamlarını təqdim edirik:

- “Qəbələ” ardıcıl 2-ci mövsümdə ilk yarıda ən çox qol vuran komanda olub - 28 top. Komandanın orta məhsuldarlığı 2,00-dı.
- 14 matçda 14 top buraxan “qırmızı-qaralar” bu göstəricidə 3-cüdü. Komanda hər oyunda orta hesabla 1,00 qola üzülüb. 
- Öz meydanında - 7 matç keçirən “Qəbələ” 16 xal toplayıb.
- Evdə “qırmızı-qaralar” 5 qələbə qazanıb, 1 heç-heçə edib, 1 dəfə uduzublar. Komanda 11 top vurub, 5-ni buraxıb.
- 7 səfər matçında 15 xal toplayan “Qəbələ” çempionatda ən yaxşı göstəriciyə malikdi. 5 qələbə qazanıb, 2 dəfə uduzan “qırmızı-qaralar” rəqib meydanında ən çox qol vuran komandadı - 19 top. Komanda səfərdə 9 dəfə topu qapısında görüb.
- “Qəbələ” hamıdan çox - 14 oyundan 13-də qol vuran 2 komandadan biridi. Komanda yalnız “Kəpəz”ə 0:2 hesabı ilə uduzduğu ev matçında fərqlənə bilməyib.
- Komandanın oyunlarında 8 hesab variantı qeydə alınıb: 2:1 - 4 dəfə, 1:0 - 3 dəfə, 3:1 - 2 dəfə, 1:1, 2:0, 3:0, 3:2, 6:1 - hərəsi 1 dəfə.
- “Qırmızı-qaralar” mövsümün ilk yarısında 2 böyükhesablı qələbə qazanıb.
- “Kəpəz” üzərindəki 6:1 hesablı qələbə mövsümün ilk yarısının ən böyük hesabı olub.
- “Qəbələ” ilk yarıda bir əzmkar qələbə əldə edib. “Neftçi” ilə matçda hesabda geri olan komanda 3 xal əldə edə bilib.
- İlk 14 turda "qırmızı-qaralar"ın futbolçuları poker və het-trikə imza atmasa da, 5 dubl qeydə alınıb. Baqali Dabo mövsümdə hamıdan çox - 3 dəfə bunu bacarıbsa, Filip Ozobiç və Famussa Kone hərəyə 1 qarşılaşmada 2 qol vurublar.
- Baqali Dabo son 4 turda meydanı qolsuz tərk etməyib. Bu, həm mövsümün, həm də klub tarixinin ən qollu seriyasıdı. Dabo 4 görüşdə 6 dəfə fərqlənib.
- Mövsümün ilk 14 oyununda “qırmızı-qaralar”ı meydana 2 kapitan çıxarıb. Cavid Hüseynov 9, Ürfan Abbasov 5 dəfə meydana kapitan sarğısında çıxıb.
- “Qəbələ”nin 14 matçını 5 hakim idarə edib. Ömər Paşayev 4, Fariz Yusifovla Rauf Cabbarov hərəyə 3, Əliyar Ağayevlə İnqilab Məmmədov 2 matçda fit çalıb.
- Komanda vurduğu qollardan 11-ni 1-ci, 19-nu 2-ci hissədə vurub.
- Birinci hissədə daha yaxşı oynayan komanda 15 qol vurub, 3-nü buraxıb. Fasilədən sonra isə top fərqi 13-11-di.
- “Qırmızı-qaralar” 7 ev oyununun hamısını Qəbələ şəhər stadionunda keçirib. 
- Komandanın 7 ev matçını 9675 tamaşaçı izləyib. Orta hesabla hər matçda 1382 seyrçi olub.
- “Qarabağ”la ev oyununu daha çox - 3000, “Kəpəz”lə görüşü ən az - 175 tamaşaçı izləyib. 

Bütün oyunlar

12.08.2017. İnter - Qəbələ - 1:2
Pərdis Fərcad-Azad, 71 // Elvin Məmmədov, 13; Filip Ozobiç, 23 (p.)

20.08.2017. Qəbələ - Sumqayıt - 1:0
Tellur Mütəllimov, 40

26.08.2017. Qarabağ - Qəbələ - 2:1
Mahir Mədətov, 63; Markos Madera, 73 // Stiven Monroz, 69

09.09.2017. Qəbələ - Zirə - 1:1
Cavid Hüseynov, 90+1 (p.) // Viktor İqbekoyi, 74

17.09.2017. Səbail - Qəbələ - 1:3
Vüqar Nadirov, 56 // Baqali Dabo, 42, 90+3; Asif Məmmədov, 60

24.09.2017. Qəbələ - Neftçi - 2:1
Stiven Monroz, 4; Baqali Dabo, 40 // Namiq Ələsgərov, 48 

29.09.2017. Qəbələ - Kəpəz - 0:2
Kərim Diniyev, 48; İlkin Sadıqov, 56 

14.10.2017. Sumqayıt - Qəbələ - 0:1
Famoussa Kone, 29
 
22.10.2017. Qəbələ - Qarabağ - 1:0
Asif Məmmədov, 8
 
28.10.2017. Zirə - Qəbələ - 2:1
Milan Duriç, 19 (p.); Sadio Tounkara, 38 // Famussa Kone, 72
 
04.11.2017. Qəbələ - Səbail - 3:1
Famussa Kone, 16; Baqali Dabo, 29; 83 // Eltun Yaqublu, 88

19.11.2017. Neftçi - Qəbələ - 2:3
Emin Mahmudov, 19; Kiril Petrov, 48 // Baqali Dabo, 22; Ruslan Qurbanov, 56 (p.); Stiven Monroz, 80

25.11.2017. Kəpəz - Qəbələ - 1:6
Kərim Diniyev, 56 (p.) // Baqali Dabo, 1, 54; Stiven Monroz, 14; Famussa Kone, 40, 78; Ruslan Qurbanov, 65

03.12.2017. Qəbələ - Keşlə - 3:0
Baqali Dabo, 24; Filip Ozobiç, 51; 56 

Qeyd: Çempionatın gedişində “İnter” adını dəyişərək “Keşlə” olub.

- İlk iki dövrədə “Qəbələ”nin formasını 22 futbolçu geyinib. 
- İki oyunçu - Dmitri Bezotosnı və Baqali Dabo çempionatın bütün qarşılaşmalarında iştirak edib.
- Yalnız Dmitri Bezotosnı 14 matçın hamısında əvəzolunmadan çıxış edib.
- 22 futbolçudan 13-ü oyunların yarıdan çoxunda - 8 və daha çox matçda iştirak edib.
- “Qəbələ”nin ən yaxşı bombardiri Baqali Dabodu. 9 qol vuran futbolçu ardıcıl 2-ci mövsüm qış fasiləsinə Topaz Premyer Liqasının ən məhsuldar oyunçusu kimi yollanır. O, ötən il komanda yoldaşı Filip Ozobiçlə şərikli lider idi.
- Ümumilikdə “qırmızı-qaralar”ın 9 futbolçusu qol sevinci yaşayıb.
- Dabodan başqa, Famussa Kone 5, Stiven Monroz 4, Filip Ozobiç 3, Ruslan Qurbanovla Asif Məmmədov hərəyə 2, Cavid Hüseynov, Elvin Məmmədov və Tellur Mütəllimov hərəyə 1 dəfə rəqib qapısına yol tapıblar.
- Komandanın qapısına 2 penalti təyin olunub. Dmitri Bezotosnı hər iki zərbəni qapısından buraxıb.
- “Qırmızı-qaralar” rəqib qapılarına 3 penalti vurub. Cavid Hüseynov, Filip Ozobiç, Ruslan Qurbanov dəqiq olub.
- Mövsümün arxada qalan hissəsində klubun futbolçuları 30 vərəqə alıb. Bunlardan 28-i sarı, 2-si qırmızı olub. Hər iki qırmızı vərəqə birbaşa göstərilib.
- Meydandan kənarlaşdırılalarn Cavid Hüseynovla Stiven Monroz olublar.
- Digər 28 vərəqə 16 futbolçuya göstərilib. Elvin Məmmədov, Endi Hallidey və Ürfan Abbasov hamıdan çox - hərəyə 3 xəbərdarlıq alıb.
- 14 matçdan 10-da qol buraxan Dmitri Bezotosnı 4 “quru” oyun keçirib. Ukraynalı qapıçı V-VI turlarda ardıcıl 2 matçda qapısını toxunulmaz saxlayıb.

Topaz Premyer Liqasında 2017/18 mövsümünün ilk yarısına yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk iki dövrənin yekununa əsasən, “Qəbələ” qış fasiləsinə ötən mövsümdə olduğu kimi 2-ci pillədə yollanıb. Keçirdiyi 14 qarşılaşmada 10 qələbə qazanıb, 1 heç-heçə edən “qırmızı-qaralar” 3 dəfə məğlub olub. İlk oyununu avqustun 12-də keçirib, 114 günlük mübarizədən sonra hesabında 1 il əvvəlki qədər 31 xal olan komandanın 14 turdakı çıxışının statistik məqamlarını təqdim edirik:

Xəbər xətti