Almaniya klubları baş məşqçilərini dəyişdilər - Peter getdi, Peter gəldi

11:44 12 Dekabr 2017

Almaniyanın Bundesliqa təmsilçisi “Köln”ün yeni baş məşqçisi bəlli olub.

 

Sportarena.az xəbər verir ki, “keçilər”ə bundan sonra Peter Boş rəhbərlik edəcək. Boş bir neçə gün əvvəl Dortmund “Borussiya”sından istefaya göndərilmişdi. Maraqlıdı ki, Peter Boşun “Köln”də əvəz etdiyi Peter Stoger də Dortmund “Borussiya”sı ilə anlaşıb.

 

“Köln” Bundesliqada cari mövsümdə qələbə qazana bilməyib. Komanda sonuncu pillədə qərarlaşıb.

 


Xəbər xətti