"Neftçi"nin məşqçisi Makedoniyaya niyə gedib? - AÇIQLAMA

17:30 12 Dekabr 2017

"Neftçi”nin əvəzedicilərinin baş məşqçisi Elşad Əhmədov Makedoniya "Vardar”ının düşərgəsində olub. 
 
Sportarena.az xəbər verir ki, PRO kateqoriyalı məşqçilik kursunun növbəti mərhələsində iştirak edən təcrübəli mütəxəssis bununla bağlı təəssüratlarını klubun rəsmi saytına bildirib:
 
"Sağ olsunlar, "Neftçi” rəhbərliyi səfər üçün hər cür şərait yaratmışdı. Bu ilin avqustunda bir həftə müddətində Moskva "Lokomotiv”inin düşərgəsinə göndərmişdilər. Bu dəfə isə 4 gün Makedoniyada oldum. "Vardar” klubunun idman direktoru, dünya şöhrətli veteran futbolçu Darko Pançev və akademiyanın koordinatoru Boban Babunski ilə görüşdüm. Akademiyanın məşqçiləri və strukturu ilə tanış oldum. Məşqləri, oyunları izlədim. Yaxşı tərəfdən təəccübləndim. "Vardar” Makedoniyanın ən tanınmış klubu və o ölkənin ən yaxşı akademiyalarından biridir. Hesab edirəm ki, çox faydalı səfər oldu”.


Xəbər xətti