AFFA milli komandaların baş məşqçilərini açıqladı

11:18 13 Dekabr 2017

Azərbaycan yığmalarında yeni təyinatlar açıqlanıb.

 

Sportarena.az AFFA-ın rəsmi saytına istinadən xəbər verir ki, 2018-ci ildən aşağı yaş qrupu üzrə millilərdə çalışacaq mütəxəssislər müəyyənləşib.

U-20 və U-21 millisinə “Qarabağ”ın kapitanı, eləcə də klubun U-19 komandasının baş məşqçisi Rəşad Sadıqov təyin edilib. Bundan əlavə, Vüqar Məmməd U-19, Zaur Həşimov U-18, Ramin Quliyev isə U-17-yə gətirilib. 

Təyinatlarla yanaşı, 2 yaş qrupu üzrə yığma da yaradılıb. Bunlar U-20 və U-18 komandalarıdı. Hər iki yığmanın funksiyası bir yaş yuxarı milliyə oyunçular yetişdirmək olacaq.


Digər xəbərlər

Xəbər xətti