Sportarena.az
23 Yanvar 2018

AFFA "Zirə", "Kəpəz" və Fərhad Vəliyevi cərimələdi

12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

 

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Keşlə” - “Kəpəz” matçında “Keşlə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

 

1/4 final mərhələsinin “Zirə” - “Neftçi” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

 

1/4 final mərhələsinin “Qarabağ” - “Sumqayıt” matçının 88-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Fərhad Vəliyev sonuncu ümid foluna görə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

 

Birinci divizionun 13-cü turunun “Binə” - “Zaqatala” matçında “Binə” və “Zaqatala” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur. Oyunun 10-cu dəqiqəsində “Binə” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiklərinə görə 80 manat cərimə olunur.

 

13-cü turun MOİK - “Xəzər” matçında “Xəzər” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

13-cü turun “Ağsu” - “Turan Tovuz” matçının 75-ci dəqiqəsində “Ağsu” klubunun futbolçusu Əlimərdan Əlimərdanlı kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

Tarix
13.12.17 [12:56]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

23 Yanvar
22 Yanvar 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2018 Sportarena.az
Saytı hazırladı: Five studio