İAM ilin qaliblərini açıqladı

14:14 13 Dekabr 2017

Bu gün İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin qalibləri-2017" layihəsi çərçivəsində "9 ilə 13" adlı mükafatlandırma mərasimi keçirilib.
 
Sportarena.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan tədbirdə ümumilikdə 17 mükafat sahibini tapıb. Ardıcıl 5-ci il keçirilən mərasim üçün bu nominasiyalar üzrə qaliblər müəyyənləşdirilib: 
 
1. İlin idman xadimi - Tahir Gözəl ("Qarabağ"ın vitse-prezidenti)
2. İlin idmançısı - Hacı Əliyev (güləş)
3. İlin əcnəbi idmançısı - Dino Endlovu ("Qarabağ")
4. İlin futbolçusu - Rəşad Sadıqov ("Qarabağ")
5. İlin komandası - "Qarabağ" (futbol üzrə) və Şahmat millimiz (digər növlər üzrə)
6. İlin baş məşqçisi - Fərhad Məmmədov (gənclər üzrə cüdo millimiz)
7. İlin ən nüfuzlu yarışı - İslam Həmrəylik Oyunları
8. İlin jurnalisti - Elnur Həmidov (komanda.az)
 
Bundan başqa, təşkilatçılar tərəfindən millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ilin baş məşqçisi seçilib. Həmçinin "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov (KİV-lə səmərəli əməkdaşlığa görə), "Report" Agentliyinin fotoqrafı Firudin Səlimov, "CBC Sport"da efirə gedən "III hissə" verilişi və Bakı Olimpiya Stadionu (ən yaxşı idman inrastrukturu) xüsusi mükafatlarla layiq görülüb


Xəbər xətti