Almaniya millisinin DÇ-2018 üçün mükafatları açıqlandı

15:50 13 Dekabr 2017

Almaniya Futbol İttifaqı DÇ-2018-də qazanılacaq qələbəyə görə verəcəyi mükafatın məbləğini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, Almaniya yığması Rusiyadakı mundialı qalib başa vursa, hər bir futbolçu 350 min avro mükafat əldə edəcək. Almanlar final qarşılaşmasında məğlub olacaqları təqdirdə, hər bir futbolçunun qazancı 200 min avro olacaq. Bürünc medal isə futbolçulara 150 min avro qazandıracaq. Yarımfinala vəsiqə üçün 125 min, 1/4 final üçün isə 75 min avro mükafat ayrılıb.

 

Qrup mərhələsindəki qələbələrə və 1/8 finala vəsiqəyə görə mükafat verilməyəcək.


Xəbər xətti