Pepe "Real"ın təklifini rədd etdi

17:28 13 Dekabr 2017

İspaniyanın "Real" klubu müdafiə xəttini gücləndirmək fikrindədir.

 

Sportrena.az xəbər verir ki, Rafael Varanın zədəyə meylli olması və Serxio Ramosun tez-tez cəzalı duruma düşməsi klub rəhbərliyini bir qədər tərpədib. Məşqçilər korpusu qış transfer pəncərəsi zamanı müdafiə xəttini güxcləndirmək niyyətindədir.

 

Kral klubununm ilk hədəfi Pepe olub. Yayda "Real"dan "Beşiktaş"a gələn portuqaliyalı futbolçu üçün rəsmi təklif göndərilib. Lakin müdafiəçinin agenti Jorge Mendeş müştərisinin İstanbulda çox xoşbəxt olduğunu dilə gətirərək təklifi rədd edib. 

 

Əlavə edək ki, yayda Pepeni PSJ də istəyirdi. Lakin əsas heyətdə yerinə təminat olmadığına görə "Beşiktaş"ı seçmişdi.


Digər xəbərlər

Xəbər xətti