Ronaldo "Real"dan gedir - Peresin sözlərindən inciyib

15:56 14 Dekabr 2017

Kriştiano Ronaldo ilə “Real”ın prezidenti Florentino Peresin münasibətləri pisləşib.

 

Sportarena.az xəbər verir ki, Roanldo Peresin “qızıl top”un mükafatlandırma mərasimindən sonra dediyi sözlərdən inciyib. Peres demişdi ki, Neymar “Real”da oynasaydı, “qızıl top”u qazanmaq şansı daha çox olardı. Prezidentin bu sözləri portuqaliyalı futbolçunun xətrinə dəyib. O, “Real”ı tərk etmək istəyir.

 

Məlumata görə, Ronaldonun meneceri Jorje Mendeş klub rəhbərliyinə müraciət edərək, futbolçu üçün tələb olunan kompensasiyanın aşağı salınmasını istəyib.

 

Tərəflər arasında imzalanan müqaviləyə əsasən, Ronaldonu almaq istəyən klub bir milyard avro ödəməlidi.


Digər xəbərlər

Xəbər xətti