Kandan maraqlı açıqlama - "Bavariya" Bundesliqanı tərk edəcək"

16:18 14 Dekabr 2017

“Bavariya”nın sabiq qapıçısı Oliver Kan Almaniya çempionatının səviyyəsindən danışıb.

 

Sportarena.az xəbər verir ki, Kan Bundesliqanın səviyyəsinin yüksək olmadığını deyib. O, çempionatda “Bavariya”ya ilə rəqabət apara biləcək komandanın olmadığını bildirib. Kan gələcəkdə Münhen nəhənginin Bundesliqanı tərk edəcəyini də vurğulayıb:

 

“Əsas faktor odu ki, Bundesliqada “Bavariya” ilə rəqabət apara biləcək komanda yoxdu. “Bavariya”nın gələcəkdə Bundesliqanı tərk edəcəyinə əminəm. Gec və ya tez, Avropanın aparıcı klubları eyni liqada mübarizə aparacaqlar”.


Digər xəbərlər

Xəbər xətti