Terimlə anlaşmadılar, Prosineçkini seçdilər

11:50 15 Dekabr 2017

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki Bosniya və Herseqovina yığmasının sükanı arxasında keçməyə ən real namizəddir.

 

Sportarena.az xəbər verir ki, bu barədə “N1” portalının müxbiri Haris Mrkonya öz “Twitter” səhifəsində yazıb. O, Bosniya və Herseqovina Futbol İttifaqındakı yüksək vəzifəli məmurun bu variantı təsdiqlədiyini bildirib. Prosineçkiyə hücum futbolu oynatması səbəbindən üstünlük verildiyi vurğulanıb. Digər tərəfdən, yerli futbol qurumu türkiyəli Fatih Terimlə danışıqlardan müsbət nəticə əldə edə bilmədiyi üçün bütün diqqətləri 48 yaşlı xorvatiyalı mütəxəssisə yönəldib.

 

Qeyd edək ki, Bosniya və Herseqovina millisinin sabiq baş məşqçisi Mehmed Bajdareviç, komandaya DÇ-2018-ə vəsiqə qazandıra bilmədiyi üçün istefaya göndərilib. Robert Prosineçkinin isə bu ay Azərbaycan millisi ilə başa çatan 3 illik müqaviləsinin müddəti uzadılmayıb.


Digər xəbərlər

Xəbər xətti