"Allah haqqı dəyməmişdi" - MÜSAHİBƏ

Sportarena.az      15 Dekabr 2018, 12:57

Futzal üzrə ölkə çempionatının Yüksək Liqasında növbəti qələbəsini qazanan “Marafon Futsal” bu dəfə EKOL-u məğlub etdi.

 

Sportarena.az xəbər verir ki, gərgain keçən oyundan sonra qalib komandanın iranlı qapıçısı Kəsra Mehdipur AFF-nın mətbuat xidmətinə müsahibə verib.

 

- EKOL-la oyununuz kifayət qədər gərgin keçdi. Hətta mübahisələr də oldu. Oyunu bu qədər gərginləşdirən səbəblər nələr idi?
- Maraqlı oyun alındı. Əsas da birinci hissə çox gərgin keçdi. Hətta fasiləyə heç-heçə ilə yollandıq. Komandalar güc olaraq bir-birinə yaxındılar. Bu amil oyuna marağı, qələbə qazanmaq istəyi isə gərginliyi artırdı.

 

- Xüsusilə də rəqibin vurduğu ikinci qol qeydə alınan zaman çox əsəbləşdin. Nəyə etiraz edirdin?
- Hakimə dedim ki, rəqib topu autdan birbaşa qapıya vurmuşdu. O da dedi ki, top qapıya daxil olmamışdan əvvəl sənin əlinə dəydi. And içdim, dedim "Allah haqqı dəyməmişdi". Referi sonra sozünü dəyişdi və topun yolüstü oyunçulardan birinin ayağına dəydiyini dedi. Buna görə əsəblərimə hakim ola bilmədim. Düzdü, etirazımız heç nəyi dəyişmədi və qol qeydə alındı.  

 

- Ən yaxın izləyicinizlə xal fərqini artırdız. Özünüzü ikinci pillədə necə hiss edirsiz?
- Həqiqətən də yaxşı oyunlar keçiririk. Meydanda var gücümüzü qoyuruq ki, qələbə qazanaq. Hələ ki, işlərimiz yaxşı gedir. Çalışmalıyıq ki, qalan oyunları da udaq və fasiləyə yüksək yerdə yollanaq.

 

- Mövsümün yarılanmasına 4 tur qalıb. Bütün komandalarla qarşılaşmısız. Çempionatın səviyyəsi səni qane edirmi?
- Oyunlar gərgin keçir. Güc baxımından komandalar bir-birinə yaxındılar. Əvvəlcədən kimin qalib gələcəyini bilmək olmur. Sürpriz nəticələr kifayət qədərdi.

 

- Debüt ilində “Marafon Futsal”ın bu qədər diqqət mərkəzində olacağını gözləyirdin?
- Klub rəhbərliyinin bizdən gözləntiləri yüksəkdi. Çünki biz bu ölkədə legionerik. Elə etməliyik ki, bu gözləntiləri doğrulda bilək. Komandanın çıxışını isə sürpirz saymaq olmaz. Yaxşı hazırlıq keçmişik, heyət yığılıb, şəraitimiz yüksəkdir, rəhbərlik komandaya hər cür qayğı göstərir, ona görə də nəticələrimiz uğurlu alınır.

 

- Hansı komandanın oyununu bəyənirsən?
- “Xəmsə” çox yaxşı oynayır. Onların problemi nəticəni qoruya bilməmələridi. Baxırsan ki, meydanda güclərini qoyurlar, zəhmət çəkirlər, ancaq qazandıqları üstünlüyü ikinci hissədə əldən verirlər. Üzərlərində heç bir təzyiq yoxdur deyə, çox rahat, sərbəst çıxış edirlər.

 

- Çempionatımızda çəkindiyiniz hücumçu varmı?
- Açığı, belə hücumçu yoxdu.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin