Seymur Rəhimov: "Bundan sonra kubok daha maraqlı olacaq"

22:21 15 Dekabr 2017

\“Sumqayıt”ın məşqçisi Seymur Rəhimov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri cavab matçından sonra fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, o, meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşan (ilk oyun 1:2) görüşdən sonrakı mətbuat konfransında bunları söyləyib:

 

“Çox maraqlı oyun alındı. Böyük komandaya qarşı oynayırdıq. Futbolçulara, azarkeşlərimizə təşəkkür edirəm. Canlarını qoydular. Futbolçularımızın hamısı yaxşı idi. Mehdi Cənnətovdan tutmuş, Xəyal Nəcəfova qədər. Komandamız gənclərdən ibarətdir. Əzmkarlıq var. Motivasiya etməyimiz işə yaradı. Bu qələbə daha çox Samir Abasovun zəhmətinin bəhrəsidi. Bundan sonra kubok daha maraqlı olacaq. Hələ yolumuz uzundu. “Keşlə”yə də uğurlar arzulayırıq. Biz də əlimizi aşağı salmayacağıq. Qurban müəllimə də işində uğurlar arzulayıram. O, bizim böyük qardaşımızdı”.


Digər xəbərlər

Xəbər xətti