"Keşlə"nin də hazırlıq planı müəyyənləşdi

18:37 16 Dekabr 2017

“Keşlə”nin qış hazırlıq planı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, “Kəpəz”lə kubok oyundan sonra istirahətə buraxılan komanda bir də gələn il yanvarın 5-də təlim-məşq toplanışı üçün bir araya gələcək. Yanvarın 18-nə kimi paytaxtda hazırlıqlarını davam etdirəcək paytaxt təmsilçisi bu müddətdə bir yoxlama matçı keçirmək fikrindədir. Bununla da hazırlığın ilk mərhələsi yekunlaşacaq.

 

Yanvarın 21-də Türkiyəyə yollanacaq qəsəbə təmsilçisi hazırlıqlarının ikinci hissəsini bu ölkədə keçəcək. Antalyada komanda 3 yoxlama matçı keçirəcək. “Keşlə” fevralın 2-də Bakıya qaydacaq.


Digər xəbərlər

Xəbər xətti